NATO Aİ-nin hərbi bölməsinin yaradılması təklifinə isti yanaşmır

    DÜNYA

    22 Oktyabr 2021 | 16:48

    “Avropa İttifaqının (Aİ) müdafiə sahəsi ilə bağlı artan səylərini alqışlayıram”.

    Pressa-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, NATO uzun illərdir Avropadan olan müttəfiqlərini müdafiə sahəsinə daha çox sərmayə yatırmağa, eyni zamanda daha yüksək bacarıqlar və imkanlar təqdim etməyə çağırır.

    Baş katib qeyd edib ki, bu məsələdə hər hansı yeni strukturlara ehtiyac yoxdur.

    “Bizim Transatlantik Alyansımız təhlükəsizliyimizin təməl daşı olaraq qalır. Daha rəqabətli bir dünya ilə üzləşdiyimiz üçün Avropa və Şimali Amerika NATO-da birgə şəkildə güclü olmağa davam edəcək”, - Y. Stoltenberq vurğulayıb.

    Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyası təşkilatın öz hərbi bölməsini yaratmaq təklifi ilə çıxış edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024