Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer AÇIQLANDI

    ÖLKƏ

    24 Iyul 2021 | 12:24

    Görkəmli Azərbaycan opera və estrada müğənnisi Müslüm Maqomayevin və bəstəkar Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer müəyyənləşib.

    Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Məlumata görə, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan Xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucaldılması nəzərdə tutulur.

    Eyni zamanda, “Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 may 2021-ci il tarixli 2654 nömrəli Sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə paytaxtda, keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024