Müğənni Səyyad Əlizadə dünyasını dəyişib

    MƏDƏNİYYƏT

    30 Sentyabr 2021 | 23:43

    Azərbaycanın tanınmış müğənnisi Səyyad Əlizadə vəfat edib.

    Pressa xəbər verir ki, bu barədə sənətçinin yaxınları bildirib.

    Qeyd edək ki, S. Əlizadə bir müddət əvvəl koronavirusa yoluxub. Müalicəsini davam etdirmək üçün Mərkəzi Gömrük Hospitalına köçürülüb və EKMO cihazına qoşulub. 

    Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.

    Allah rəhmət eləsin! 



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024