Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

    TƏHSİL

    20 Sentyabr 2023 | 16:04

    Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir.

    Elm və Təhsil Nazirliyindən Pressa-ya bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

    Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.

    Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

    Qeydiyyatla bağlı təlimat videosunu linkə daxil olmaqla izləmək mümkündür: https://youtu.be/UzutAmMm7T0

    Əlavə suallarla bağlı müvafiq linkə keçid etməklə cavab ala bilərsiniz: https://shorturl.at/aqsN6



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023