Moskvada Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb 

    ÖLKƏ

    05 Dekabr 2022 | 15:33

    Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, ikitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

    Görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

    Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

    Bundan başqa Ceyhun Bayramov və Sergey Lavrov 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalayacaq.

    Görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024