Moskvada Azərbaycan filmləri həftələri keçiriləcək

    ÖLKƏ

    21 Yanvar 2022 | 14:24

    Moskva şəhərində yanvarın 22-dən fevralın 20-dək Azərbaycan filmləri həftələri keçiriləcək.

    Pressa “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sərginin 14 nömrəli “Azərbaycan” pavilyonunda hər həftənin istirahət günləri Azərbaycan kinosunun inciləri nümayiş olunacaq. Həmin nümayişlərə giriş sərbəstdir.

    Göstəriləcək filmlər arasında Rüstəm İbrahimbəyov, Eldar Quliyev, Anar Rzayev, Rasim Ocağov, Yuliy Qusman kimi rejissorlar və ssenari müəlliflərinə aid ekran əsərlərinin olduğu bildirilir.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024