Monteneqro parlamentinin spikeri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

    SİYASƏT

    17 Yanvar 2022 | 15:18

    Yanvarın 17-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və tər çiçəklər qoyublar, xatirəsini ehtiramla anıblar.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sədrin müavini Adil Əliyevin və Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədovun müşayiət etdiyi qonaqlar həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

    Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024