MN: Xankəndiyə atəş açılmasına dair məlumatlar həqiqəti əks etdirmir, yalnız legitim hərbi obyektlər sıradan çıxarılır

    ÖLKƏ

    20 Sentyabr 2023 | 11:57

    Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

    Bu barədə Pressa-ya Müdafiə Nazirliyindən bildirilib.

    "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - qeyd edilib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023