MM komitə sədri: Ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər var ki, icbari sığortadan kənardadır 

    ÖLKƏ

    29 Noyabr 2023 | 16:28

    İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər var ki, icbari sığortadan kənardadır.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

      O bildirib ki, bu gün nə qədər analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir:

      "Onkoloji xəstəliklər üçün dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin".

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024