MM-in payız sessiyasında elm və təhsillə bağlı növbəti dinləmə keçiriləcək

    TƏHSİL

    24 May 2023 | 15:51

    Milli Məclisin payız sessiyasında elm və təhsillə bağlı növbəti dinləmənin keçirilməsi qərarlaşdırılıb.

    Pressa xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

    O bildirib ki, dinləmədə müzakirə olunmalı olan məsələlər müəyyənləşdiriləcək:

    "Buna qədər biz iki dinləmə keçirmişdik. Onlardan biri müəllimlərin sertifikasiyası, ikincisi isə "Elm və Təhsil" haqqında Qanun layihəsi ilə bağlı olub".

    Bəxtiyar Əliyev qeyd edib ki, həmçinin məktəblərdə zəhərlənmə halları və repetitorluq məsələsinin qanunla tənzimlənməsi məsələsi təklif edilib.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024