MM-də yeni yaradılacaq parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub

    SON XƏBƏRLƏR

    02 Dekabr 2022 | 10:10

    Milli Məclisdə yeni yaradılacaq 12 parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub.

    Pressa xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Brundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilir.

    Qeyd edək ki, qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024