Mirzoyan Devid Kemeronla görüşüb

    DÜNYA

    30 Noyabr 2023 | 10:34

    Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.

    Pressa xəbər verir ki, bu barədə Mirzoyan “X” platformasında yazıb.

    “ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlər haqqında danışdıq. Böyük Britaniya və Ermənistan bu yaxınlarda strateji dialoqa başlayıb”, - Mirzoyan qeyd edib.

    Erməni nazirin sözlərinə görə, tərəflər müzakirə zamanı regional mövzulara və Cənubi Qafqazda baş verən hadisələrə toxunub.

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024