Milli Qəhrəman Şükür Həmidovun xatirəsi anıldı

    ÖLKƏ

    01 Aprel 2024 | 13:50

    İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən (MN) Pressa-ya verilən məlumata görə, anım mərasimində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Azərbaycan Ordusunda qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan danışılıb.

    Qeyd olunub ki, polkovnik Şükür Həmidovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, o xidməti dövründə müxtəlif orden və medallara təltif olunub.  

    Mərasimdə çıxış edənlər şəhid zabit ilə bağlı xatirələrini bölüşüb, Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı vurğulanıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024