Milli Müdafiə Universitetinə rektor təyin olunub

    ÖLKƏ

    30 Iyun 2022 | 11:46

    Milli Müdafiə Universitetinə rektor təyinatı olub.

    Pressa-nın xəbərinə görə, professor, general-leytenant Heydər Piriyev universitetə rektor təyin edilib.Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək yeni yaradılan Milli Müdafiə Universitetinin rektor əvəzi kimi çalışıb.

    O, bundan əvvəl Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi olub.

    Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024