Milli Məclisdə Hacıqabul gölü ilə bağlı komissiya yaradılacaq

    ÖLKƏ

    20 Sentyabr 2022 | 14:30

    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2022-ci il payız sessiyası üçün iş planı açıqlanıb.

    Pressa xəbər verir ki, bu, komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Layihəyə əsasən, komitənin payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib.

    Bunlar aşağıdakılardır:

    - Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;
    - Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;
    - Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;
    - İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;
    - “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.

    Komitənin üzvləri müzakirələrdən sonra iş planına müsbət rəy veriblər.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024