Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

    ÖLKƏ

    21 Oktyabr 2021 | 16:15

    Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

    Pressa bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq. Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq.

     



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024