Məşhur futbolçular "Qarabağ"a qarşı oynaya bilər

    İDMAN

    21 Yanvar 2022 | 14:30

    "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

    Pressa "Sky Sports"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərə "Arsenal"ından çıxış edən Pyer-Emerik Obameyanqla maraqlanır.

    Yalnız 33 yaşlı qaponlu hücumçunun çox maaş istəməsi kluba problem yarada bilər.

    Bundan əlavə, "Marsel" hazırda Meksikanın "Tiqres" klubunda çıxış edən 37 yaşlı sabiq futbolçusu Andre-Pyer Jinyakın da dönüşünü nəzərdən keçirir.

    Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024