Məşhur futbol hakimi karyerasını başa vurur

    İDMAN

    29 Iyul 2021 | 13:23

    Məşhur hakim Byörn Kuypers gələn ay karyerasını başa vuracaq.

    Pressa xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının referisinin özü məlumat verib. O, Niderland Superkubokunda avqustun 7-i idarə edəcəyi "Ayaks" - PSV matçından sonra kayerasını başa vuracağını bildirib: "Bu, əla idi. Deyirlər ki, zirvədə dayanmaq lazımdır. Mənim vəziyyətimdə, bundan daha yaxşı bir an olmayacağını düşünürəm".

    Qeyd edək ki, 48 yaşlı referi Avro-2020-nin finalında keçirilən  İtaliya – İngiltərə oyununun (1:1, penaltilər seriyası - 3:2) baş hakimi olub.

    Xatırladaq ki, bundan əvvəl Feliks Brix ilin sonunda beynəlxaq karyerasını başa vuracağını açıqlamışdı.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024