Mesajların “Instagram” və “Facebook”da paylaşılmasının qarşısını almaq mümkün olacaq

    SON XƏBƏRLƏR

    14 Noyabr 2023 | 16:33

    “Meta” şirkətinin sahib olduğu “Instagram” sosial şəbəkəsinin “X”ə rəqib olaraq yaradılan “Threads” tətbiqi istifadəçilərini yeniliklə sevindirib.

    Pressa-nın xarici mediaya istinadən xəbərinə görə, bundan sonra “Threads” istifadəçiləri paylaşdıqları statusların “Facebook” və “Instagram”da yayımlanmasının qarşısını ala biləcək. Bunun üçün “Threads”ə daxil oldquda sağ tərəfdəki küncün üzərində iki seçimə toxunmaq kifayət edəcək.

    “Gizlilik” panelinə daxil olduqdan sonra statusların digər sosial şəbəkələrdə yayımlanmasının qarşısnı almaq üçün məhdudiyyət tətbiq etmək mümkün olacaq.

    Qeyd edək ki, “Meta”nın rəhbəri olan Mark Zukerberq ötən ay verdiyi açıqlamada bildirib ki, “Threads” aylıq olaraq 100 milyon istifadəçiyə sahibdir. O yaxın zamanlarda bu tətbiqdə bir sıra dəyişikliklərin olacağını da proqnoz edib.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023