Məhkəmə şəhid qardaşının arvadını boğub öldürən şəxs barəsində qərar verib

    HADİSƏ

    16 May 2023 | 10:34

    Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanov məhkəmə qarşısına çıxarılıb.

    Pressa-nın xəbərinə görə, Xızı Rayon Məhkəməsinə göndərilən təqdimatda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilib.

      Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

      Qərara əsasən, Taleh Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

      Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

      Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

      Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

      Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

      Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.



      XƏBƏR LENTİ

      28 Mart 2024
      27 Mart 2024
      26 Mart 2024
      25 Mart 2024
      23 Mart 2024
      22 Mart 2024
      21 Mart 2024
      20 Mart 2024
      19 Mart 2024