Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib

    SON XƏBƏRLƏR

    04 Dekabr 2023 | 14:18

    Mediasiya Şurası ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq,  01 dekabr 2023-cü il tarixdə Masallı 1 Saylı Mediasiya Təşkilatının əməkdaşları ilə universitetin tələbələri arasında görüş keçirilib.
     
    Görüşdə universitetin direktoru Xudayar Sultanlı çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb və Mediasiya Şurası ilə universitet arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
     
    Daha sonra Masallı 1 Saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov və təşkilatın mediatoru Nizami Alışov mediasiya ilə bağlı maarifləndirici çıxışlar edərək, müasir dövrdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə edilib, tələbələrlə müxtəlif kazuslar müzakirə olunub və onları maraqlandıran suallara cavab verilib.
    Tədbirin sonunda iştirakçılara mediasiyanın təbliği ilə bağlı bukletlər paylanılıb.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024