Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

    MƏDƏNİYYƏT

    20 Sentyabr 2023 | 16:05

    Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.

    Pressa xəbər verir ki, nekroloqda səntçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.

    Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.

    O, Xalq rəssamı Tahir Salahovun qızı və Özbəkistanın tanınmış rəqqasəsi Tamara xanımın nəvəsidir.

    Alagöz Salahova həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi idi. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023