Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin edib

    ÖLKƏ

    24 Noyabr 2021 | 17:02

    Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə istedadlı gənc rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı təyin olunub.

    Bu barədə teatrdan məlumat verilib.

    V.Rəhim ona göstərilən etimada görə nazirə və çalışdığı teatrın rəhbərliyinə təşəkkürlərini bildirib: “Bu təyinat mənə olan inam və etibarın nümunəsidir və üzərimə düşən məsuliyyətimi bir daha artırır. Göstərilən etimadı doğruldacağıma, fəaliyyətimi daha məsuliyyətlə davam etdirəcəyimə söz verirəm”.

    Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan V.Rəhim elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı-ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub.
    2014-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bədii tərtibat işlərinin icraçı rəssamı, 2019-cu ildən bu ilin noyabr ayınadək isə quruluşcu rəssam kimi fəaliyyət göstərib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024