Mayda gündəlik xam neft hasilatı 571,3 min barrel olub

    İQTİSADİYYAT

    15 Iyun 2022 | 11:00

    2022-ci ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barrel olub. Bunun 571,3 min barrelini xam neft, 108,6 min barrelini isə kondensat təşkil edib.

    Energetika Nazirliyindən verilən məlumata görə, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulurdu.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024