“Mançester” tarixində ən bahalı dördüncü oyunçunu aldı

    İDMAN

    24 Iyul 2021 | 08:36

    İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Yunayted” ulduz futbolçu Jadon Sançonu heyətinə qatıb.

    Klubdan bildirilib ki, Almaniyanın “Borussiya Dortmund” komandasında forma geyinən 21 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.

    İngiltərə mətbuatı transfer üçün “Mançester” komandasının seyfindən 73 milyon funt-sterlinq xərcləndiyini yazır.

    Sanço klub tarixində ən bahalı dördüncü transfer olaraq tarixə düşüb. “Mançester Yunayted” bundan əvvəl Pol Poqbanı 94, Romelu Lukakunu 76 və Harri Maquayrı 75 milyon funt sterlinqə alıb.

    Jadon Sanço “Borussia Dortmund”da 137 matçda 50 qol vurub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024