Malayziyalı rəsmilər Əkinçilik ET İnstitutunda olub

    SON XƏBƏRLƏR

    28 Fevral 2022 | 12:26

    Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun baş direktoru Dato’ Dr. Mohamad Zabavi Əbdül Kani, direktor müavinləri Dr. Mohamad Kamal Abdul Kadi (tədqiqat üzrə) və Aniadila Kamaruddin (korparativ komunikasiya mərkəzi üzrə) Azərbaycanda rəsmi səfərdə olublar.

    Pressa xəbər verir ki, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutu arasında ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi ilə əlaqədar əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş mərasim keçirilib. İmzalama mərasimi ilə əlaqədar olaraq Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun nümayəndə heyəti  Əkinçilik ET İnstitutunda olublar. Elmi əməkdaşlığa həsr edilmiş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov da iştirak edib. Tərəflər görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin perspektivlərindən və aktual məsələlərdən bəhs ediblər. Öncə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev qonaqları salamlayıb. Sonra Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub. Anlaşma Memorandumunu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun baş direktoru Dato’Dr. Mohamad Zabavi Əbdül Kani imzalayıb. Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof çıxışı zamanı kənd təsərrüfatının inkişafı çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayaraq aqrar sahədə elm yönümlü müştərək tədqiqatların aparılması, təcrübə mübadiləsi və kadr potensialının gücləndirilməsinin perspektivlərini diqqətə çatdırıb.

    Tədbirdən sonra qonaqlar institutun şöbə və laboratoriyalarına baxış keçiriblər, elmi-tədqiqat işləri ilə tanış olublar.

    Qeyd edək ki, səfər çərçivəsində Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, Əkinçilik ET və Malayziya Kənd Təsərrüfatı Elmi-Tədqiqat və İnkişaf İnstitutlarının nümayəndələri Lənkəran rayonunda  çəltik istehsalı üzrə mövcud infrastrukturla tanış olublar. Eləcə də çəltikçilik sahəsində fəaliyyət göstərən fermerlərlə, Masallı, Astara, Lənkəran DAİM-nin rəhbərləri ilə də görüş keçirilib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024