Mahir Emreli: "İsveç və Avstriya səfərində seriyamızı davam etdirə bilərik"

    İDMAN

    17 Mart 2023 | 10:58

    "Qarşıdakı görüşlərdə məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirə bilərik".

    Bunu açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli AVRO-2024-ün seçmə mərhələsində səfərdə Avstriya və İsveç yığmalarına qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.

    26 yaşlı hücumçu növbəti qarşılaşmalarda bunu bacara biləcəklərinə inandığını söyləyib: "Hər iki oyun bizim üçün çox vacibdir. Bu matçlarda özümüzü maksimum göstərməyə çalışacağıq və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

    Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriyanın, üç gün sonra İsveçin qonağı olacaq. Canni De Byazinin baş məşqçi olduğu komanda son beş görüşdə qələbə qazanıb.



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023