Mahir Emreli daha bir Avropa nəhənginə qarşı, “Qalatasaray” Moskvadan lider kimi qayıtmaq istəyir – AFİŞA

    İDMAN

    21 Oktyabr 2021 | 13:10

    Oktyabrın 21-də UEFA Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun oyunları keçiriləcək.

    Avrokubokların bu gün keçirilən oyunları saat 18:30-da Konfrans Liqasındakı HİK-“Makkabi” oyunu ilə başlayacaq. Finlandiya təmsilçisi “Makkabi”yə qalib gəlməklə xalını 6-ya yüksəltməyə, İsrail təmsilçisi isə səfərdə qazanılacaq üç xalla ilk pillədəki yerini möhkəmləndirməyə çalışacaq.

    Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun qarşılaşmalarının bəziləri 20:45-də start götürəcək:

    “Betis”-“Bayer”

    “Fənərbağça”-“Antverpen”

    “Latsio”-“Marsel”

    “Ludoqorets”-“Braqa”

    “Mityulland”-“Srvena Zvezda”

    “Rapid”-“Dinamo Zaqreb”

    Eyni vaxtda UEFA Konfrans Liqasında da aşağıdakı görüşlər keçiriləcək:

    “Alaşkert”-LASK

    “Anortosis”-“Flora”

    “Bodo Qlimt”-“Roma”

    “Kopenhagen”-PAOK

    “Feyenord”-“Yunion Berlin”

    “Maccabi Hayfa”-“Slaviya”

    “Mura”-“Renn”

    “Qarabağ”-“Kayrat”

    “Vitess”-“Tottenhem”

    Avrokuboklarda üçüncü tura gecənin 23:00-da başlayan qarşılaşmaları ilə son qoyulacaq:

    Avropa Liqası:

    “Ayntraxt”-“Olimpiakos”

    “Lokomotiv”-“Qalatasaray”

    “Napoli”-“Legiya”

    PSV-“Monako”

    “Reyncers”-“Brondbü”

    “Sparta Praqa”-“Lion”

    “Şturm Qraz”-“Real Sosyedad”

    “Vest Hem”-“Genk”

    Konfrans Liqası:

    “Bazel”-“Omoniya”

    “CFR Kluj”-“Az Alkmaar”

    “Yablonets”-“Randers”

    “ÇSKA Sofiya”-“Zorya”

    “Partizan”-“Gent”

    “Slovan Bratislava”-“Linkoln Red İmps”.

    Azərbaycanlı futbol azarkeşləri üçün bu qarşılaşmalar arasında yəqin ki, təsmilçimiz “Qarabağ”, Mahir Emrelinin forma geyindiyi “Legiya” və qardaş ölkə - Türkiyənin təmsilçilərinin oyunları daha böyük maraq doğurur.

    Qeyd edək ki, Konfrans Liqasında mübarizə aparan “Qarabağ” hazırda 4 xalla öz qrupunda liderdir. Bakıdakı oyuna isə Qurban Qurbanovun yetirmələri qələbə üçün çıxacaq. Bir faktı vurğulayaq ki, “Qarabağ” bu mövsüm rəsmi oyunlarda məğlub olmayıb.

    Avropa Liqasında mübarizə aparan Mahir Emrelinin “Legiya”sı və İstanbul nəhəngləri də vacib qarşılaşmalara çıxacaqlar.

    20:45-də öz evində “Antverpen”i qəbul edəcək “Fənərbağça” autsayderi məğlub edərək xalını 4-ə çatdırmağa çalışacaq. “Fənər”in qrupundakı digər oyunda lider “Olimpiakos” səfərdə ikinci pillənin sahibi “Ayntraxt”ın qonağı olacaq.

    “Legiya” və “Qalatasaray” meydana Bakı vaxtı ilə 23:00-da çıxacaqlar. Qrupunda lider olan “Legiya” İtaliya səfərində “Napoli”nin qonağı olacaq. Bu görüşdə qələbə qazanacağı halda Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi komanda xalını 9-a çatdıra bilər.

    “Cimbom” isə Moskva səfərində “Lokomotiv”ə qarşı çıxış edəcək. Rusiyaya qrup lideri kimi gedən “Qalatasaray” birinci pillədəki yerini qorumağa çalışacaq. Qrupun digər oyununda “Latsio” “Marsel”i qonaq edəcək.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024