Magistraturaya sənəd qəbulu yekunlaşır

    ÖLKƏ

    16 May 2022 | 10:17

    Magistraturaya sənəd qəbulu yekunlaşır.

    Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə imtahanda iştirak etmək üçün ərizələrin qəbulu 17 may saat 23:59-dək davam edəcək.Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu 17 may saat 23:59-dək davam edəcək.

    Bu gün saat 09:35-ə olan məlumata əsasən 8091 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7492 ; rus bölməsi - 599 ).

    Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

    Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

    İmtahan 2022-ci il mayın 29-da keçiriləcək.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024