Madriddə NATO Sammiti başlayıb

    DÜNYA

    29 Iyun 2022 | 14:14

    İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin Sammiti öz işinə başlayıb.

    Pressa-nın verdiyi xəbərə görə, 29-30 iyun tarixlərində keçirilən Sammitdə alyansa üzv 30 ölkənin liderləri qatılıb.Sammitdə Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın üzvlüyü, NATO-nun yaxın onilliklər üçün stratreji konsepsiyasının qəbulu, şərq cinahının gücləndirilməsi və Çinin apardığı siyasətlə bağlı müzakirələr aparılacaq.

    Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

    Qeyd edək ki, NATO sammiti çərçivəsində Ərdoğan ABŞ, Fransa, Birləşmiş Krallıq, İspaniya, Niderland, Almaniya, İsveç və Finlandiya liderləri ilə görüşlər keçirəcək.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024