Londonda Azərbaycanın geostrateji perspektivləri müzakirə olunub

    SİYASƏT

    16 Noyabr 2022 | 14:47

    Londonda yerləşən “Henry Jackson Society” analitik xarici siyasət beyin mərkəzində (think tank) Azərbaycanın geostrateji reallıqları, mövcud vəziyyətdə perspektivləri və regionda dayanıqlı sülhün bərpasına həsr olunan tədbir keçirilib.

    Pressa-nın London müxbirinin xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının səfiri Elin Süleymanov, bu gün Azərbaycan tərəfinin apardığı regional inteqrasiya siyasətinin, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin yeni fürsətlər yaratdığını bildirib.

    “Avropa ilə Asiyanı birləşdirən ortaq dəhliz ideyalarımız hərtərəfli fayda təmin edəcək. 30 il ərzində BMT TŞ məlum qətnamələri, ATƏT-in Minsk qrupu bizə heç bir fayda gətirmədi. Faktiki olaraq, Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində məlum qətnamələri özü icra etmək məcburiyyətində qaldı”, - səfir çıxışında bildirib.

    Səfir Ermənistanın sülh prosesini ləngitmədən konstruktiv danışıqlar istiqamətində real addımlar atmasına ümid etdiyini qeyd edib. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün bütün region xalqları üçün faydalı olacağını bildirən səfir, Azərbaycan rəhbərliyinin sülhə doğru atılan addımlarından söz açıb.

    Səfir bir daha sülhdən başqa alternativ olmadığını diqqətə çatdırıb, Ermənistan tərəfinin 30 il sülhdən boyun qaçırmasını xatırladaraq, tarixdən dərs çıxarmağın vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycanın Avropaya qaz ixracını gələcəkdə iki dəfə artırması, Avropa enerji təhlükəsizliyinə töhfə Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024