“Liverpul”un futbolçuları 10 günlük karantinə alınacaq

    İDMAN

    10 Sentyabr 2021 | 16:47


    İngiltərənin “Liverpul” klubunun braziliyalı futbolçuları Roberto Firmino, Alisson və Fabinyo 10 günlük karantinə alınacaq.

    Apasport.az saytının məlumatına görə, Braziliya yığmasından qayıdan futbolçular 4 oyunda komandaya kömək edə bilməyəcək.

    Onların koronavirus pandemiyası ilə bağlı karantində olduğu müddətdə mersisaydlılar Premyer Liqada 3, Çempionlar Liqasında 1 matç keçirəcək.

    Digər ölkələrin milli komandalarından qayıdan futbolçular da eyni aqibətlə üzləşə bilər. Onlarla bağlı qərar sonradan veriləcək.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024