Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

    İDMAN

    28 Sentyabr 2022 | 12:44

    Argentina millisinin futbolçusu Lionel Messi Fransanın PSJ klubu ilə müqaviləsini yeniləmək istəmir.

    Pressa-nın məlumatına görə, bu barədə ispaniyalı jurnalist Mikel Blaskes özünün sosial şəbəkə hesabında paylaşım edib.

    Onun sözlərinə görə, 35 yaşlı hücumçu mövsümün sonunda Paris təmsilçisindən ayrılacaq.

    Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Təcrübəli forvard 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından Fransa klubuna keçib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024