“Lider TV”nin əmlakını “Teleqüllə”nin rəhbəri satacaq

    ÖLKƏ

    01 Iyun 2021 | 21:27

    Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş "Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

    Pressa xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

    Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə”nin rəhbəri satacaq.

    Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud "Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayet Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024