"Lex" "Qarabağ"la oyundan öncə Kiyev "Dinamo"sundan futbolçu alıb

    İDMAN

    30 Iyun 2022 | 14:26

    UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

    Pressa xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

    Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

    Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024