Lənkəran sakini bibisinin evindən 27 500 manat oğurlamağa görə saxlanılıb

    HADİSƏ

    02 Aprel 2024 | 15:21

    Lənkəranda bibisinin evindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Pressa-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayon sakini olan qadın evindən 27 500 manat oğurlanması barədə polisə məlumat verib. Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, qadının qohumu Yusif Quluyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi isə ona borc verməkdən imtina edib. Bundan sonra Yusif Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulunu oğurlayıb.

      Faktla bağlı araşdırmalar aparılır.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024