Lavrov BMT rəsmisi ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə edəcək

    DÜNYA

    21 Oktyabr 2021 | 16:42

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin humanitar yardım üzrə koordinatoru Martin Qriffitslə görüşəcək.

    Pressa-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

    M. Zaxarova Rusiya XİN rəhbərinin BMT rəsmisi ilə oktyabrın 22-də görüşəcəyini qeyd edib.

    O vurğulayıb ki, danışıqlar zamanı dünyanın bir sıra regionlarında, o cümlədən Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024