Lavrov: Bakı ilə İrəvan arasında sülh müqaviləsi Almata Bəyannaməsi əsasında imzalanacaq

    ÖLKƏ

    05 Dekabr 2022 | 15:49

    Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir.

    Pressa-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir", deyə Rusiya XİN başçısı vurğulayıb.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024