Türkiyəli məşhur kino və serial aktrisası Başak Özel 51 yaşında vəfat edib.
Pressa Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın vəfat xəbərini sənət dostları sosial şəbəkədə bildiriblər.
Aktrisanın ölüm səbəbi isə bəlli deyil.
Xatırladaq ki, aktrisa “Kurtlar vadisi”, “İhlamurlar altında”, “Melekler adası” kimi böyük televiziya layihələrində yer alıb.