Kreml: Heç kim deyə bilməz ki, sülhməramlılar nəsə səhv edir

    SİYASƏT

    25 Sentyabr 2023 | 15:37

    Rusiya Qarabağ ətrafında vəziyyətin emosional intensivliyini anlayır, lakin Moskva bu vəziyyətə görə məsuliyyəti Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atmaq cəhdi ilə qəti şəkildə razılaşmır.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

      “Biz bu anın emosional intensivliyini başa düşürük, lakin məsuliyyəti Rusiya tərəfinin, hətta daha çox Rusiya sülhməramlılarının üzərinə atmaq cəhdi ilə qəti şəkildə razılaşmırıq. Heç kim deyə bilməz ki, sülhməramlılar nəsə səhv edir. Biz heç vaxt belə qınaqlarla razılaşmayacağıq",- deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

      Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, Moskva müxtəlif səviyyələrdə tərəflərlə dialoqu davam etdirir. O, xüsusən də bu çətin günlərdə Rusiya prezidenti Vladimir Putinin Paşinyanla telefon danışığı olduğunu xatırladıb.

      Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağda baş verənlərə görə məsuliyyət daşıdığını açıqlayıb.

       



      XƏBƏR LENTİ

      04 Dekabr 2023
      02 Dekabr 2023
      01 Dekabr 2023
      30 Noyabr 2023
      29 Noyabr 2023
      28 Noyabr 2023