Koronavirus ilə mübarizə - İmmuniteti artıran 5 məhsul

    ÖLKƏ

    13 Noyabr 2021 | 11:56

    Soyuq qışdan sonra hal-hazırda orqanizm üçün ən əlverişşsiz və vitaminsiz hesab olunan yaz fəslindəyik.

    Rəsmi olaraq pandemiya elan olunan bir dövrdə, koronavirusla mübarizədə immuniteti gücləndirmək xüsusilə vacibdir.
    “Tamamilə xəstələnmək təhlükəsi sovuşana qədər,isti günlərin gəlməsini gözləməklə evdə oturmaq istəmirəm!”- düşünürsüzsə, belə çətin bir zamanda orqanizminizə kömək edəcək məhsullar haqqında danışırıq.

    Dəniz yosunları
    Superfoodlardan başlayaq. Daha dəqiq dəsək, xlorella adı ilə hamıya məlum olan yaşıl yosunlar. Təxminən 650 komponentdən ibarətdir və hamısı vacib amin turşuları, yağ turşuları, qiymətli vitaminlər və minerallarla zəngindir. Xlorella xəstəliklərin qarşısının alınması, xüsusən rafinli qidaların həddindən artıq qəbulu, ətraf mühitin çirklənməsi və vitamin azlığından əziyyət çəkənlər üçün əladır.

    Təzə sıxılmış şirələr
    Təzə sıxılmış şirələr həmişə yaxşıdır. Yazda onlar vitamin çatışmazlığı ilə çətin mübarizədə köməkçi vasitədir. Dadlı olmaqla bərabər, lazımlı vitaminlər kifayət qədərdir. Ən yaxşıların siyahısında yerkökü, portağal, çuğundur, zəncəfil, alma, ispanaq, limon, ananas və kərəvizdən təzə sıxılmış şirələr var. Yeri gəlmişkən, yerkökü orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır, çuğundur toksinləri çıxarır, portağal soyuqdəyməyə kömək edir.

    Yoqurtlar
    Yoqurtlar əsl vitamin anbarıdır və "canlı" yoqurtlar ikiqat artıq depo deməkdir. Sağlam mikrofloranın mübarizəsində onlar əvəzolunmazdır. Laktozalı qidalar sevmirsinizsə, menyunuzda qatığa üstünlük verin. Menyuda qatığa üstünlük verməklə, soyuqdəymədən də qorxmursunuz. Əgər onsuz da xəstəsənsə, qatıqdan istifadə bərpa prosesini daha da sürətləndirəcək. 
     

    Göbələklər
    Göbələklər uzun müddətdir müalicəvi xüsusiyyətləri iləseçilir. Göbələklər Şərqdə xüsusilə təqdir edilirdi və möcüzəvi və dərman məhsulları siyahısına daxil edilmişdi. Stimulyasiyaedici bir təsirə malikdirlər, yorğunluq və depressiya ilə də mübarizə aparırlar.
     

    Sarıkök
    Nəhayət, sarıkök. Bu şərq ədviyyatı iltihab əleyhinə təsir göstərir və yoluxucu infeksiyalarla mübarizə apararaq xəstəliklərin qarşısını alır.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024