Komitə sədri məcburi köçkünlər üçün tikilən evlərin yataqxanalarda yaşayanlara verilməsini təklif edir

    SON XƏBƏRLƏR

    02 Iyun 2023 | 13:49

    "Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm".

    Pressa xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin və parlamentin Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib.

    Onun sözlərinə görə, Sumqayıtda bir çox yataqxanada insanlar çətin şəraitdən əziyyət çəkir.

    "Sumqayıtda elə insanlar var ki, 40 ildir həmin yataqxanalarda yaşayır. Onların bəzisində böyük bir ailə bir otaqda yaşayır. Ölkə Prezidentinin tapşırığı ilə bu istiqamətdə dövlət proqramı hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı daha tez maliyyə ayrılsın", - T. Mirkişili əlavə edib.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023