Klaar Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünü vacib adlandırıb

    SİYASƏT

    08 Noyabr 2022 | 16:41

    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşü vacib adlandırıb.

    Pressa xəbər verir ki, Toivo Klaar bu barədə "Twitter"də bildirib.

    “Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, - Klaar qeyd edib.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024