KİV: Paşinyan istefa verməyəcəyini bildirib

    DÜNYA

    21 Sentyabr 2023 | 10:40

    Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.

    Pressa xəbər verir ki, bu barədə yerli “Hraparak“ nəşri yazıb.

    Nəşr qeyd edib ki, dünən İrəvanın Respublika meydanında toplaşan nümayişçilərin hökumət əleyhinə etiraz aksiyası fonunda Paşinyan ailə üzvlərini paytaxtdan çıxarıb və bunun ardınca bir qrup tərəfdarı ilə görüşüb.

    Paşinyan komandasına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacaq və istefa verməyəcək.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023