Kirayə mənzillərə dair sahə mülkiyyətçinin hüquqları müəyyənləşir

    ÖLKƏ

    01 Dekabr 2022 | 17:57

    Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərə dair sahə mülkiyyətçinin hüquqları müəyyənləşir.

    Pressa-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mənzil Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024