Kimyaçı alim Sərdar Zeynalov vəfat edib

    HADİSƏ

    29 Dekabr 2021 | 15:25

    Görkəmli kimyaçı alim, AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biomimetik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov bu gün vəfat edib.

    AMEA-dan verilən məlumata görə, Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya fakültəsini bitirib, 1973-1975-ci illərdə orta məktəbdə müəllim işləyib, 1975-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (indiki akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) aspiranturasında oxuyub. 1979-1981-ci illərdə həmin institutda kiçik elmi işçi, 1981-1991-ci illərdə böyük elmi işçi, 1991-ci ildən vəfatına kimi laboratoriya müdiri vəzifəsində çalışıb.

    1979-ci ildə “Etilen və propilen qlikolların tsikloheksil efirləri və onların törəmələrinin alınması və işlənməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Alitsiklik sırası qlikolların sadə efirləri, onların çevrilmələri və tətbiqi” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

    S. Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb. O, 2016-cı ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024