Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTO

    SON XƏBƏRLƏR

    29 Sentyabr 2022 | 16:23

    Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

    Müdafiə Nazirliyindən Pressa-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.
    Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.
    Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlığa baxış keçirilib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024