Kəlbəcər yolu nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb

    ÖLKƏ

    05 Avqust 2021 | 14:45

    “Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib.

    “Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub”, - deyə o qeyd edib.

    Xatırladaq ki, sözügedən avtomobil yolunun 4,5 km-lik hissəsi isə Toğana kəndinin içərisindən keçir. Murovdağ silsiləsindən keçən yolun uzunluğu Toğanalıdan Kəlbəcərə qədər 74 km, Kəlbəcərdən İstisuya qədər 28 km, İstisudan Laçına qədər isə 87 km təşkil edir.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024