Keçən il 15 yaşına çatmamış 5 nəfərin işə cəlb olunması aşkarlanıb

    ÖLKƏ

    17 Mart 2023 | 14:52

    2022-ci il ərzində hüquq mühafizə orqanları tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərə baxılması zamanı işəgötürənlər tərəfindən 5 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilib.

    Pressa xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

      Sənəddə qeyd olunub ki, bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən 5,3 min manat məbləğində cərimə tətbiq olunub.

      Həmçinin 3 halda işçini əmək funksiyalarına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcburetmə faktı aşkarlanıb və bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə 3,7 min manat məbləğində cərimə tətbiq olunub.

       



      XƏBƏR LENTİ

      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024