"Kanal 13"ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib

    ÖLKƏ

    28 Noyabr 2023 | 17:31

    "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Pressa xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

      Qərara əsasən, Əziz Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

      Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.

       



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024